Aleksey Navalnı həbsxanada ölüb

Rusiyada müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki həbsxanada ölüb.

2103451
Aleksey Navalnı həbsxanada ölüb

Rusiyada müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki həbsxanada ölüb.

Navalnının gəzintidən sonra özünü pis hiss etdiyi və huşunu itirdiyi bildirilib.

“Təcili tibbi yardım briqadası reanimasiya tədbirləri həyata keçirsə də, bu, müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər”, - deyə yayılan məlumatda qeyd edilib. 

İstintaq Komitəsi siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı araşdırmaya başlayıb.

Məlumata görə, A.Navalnının 3 saylı cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı prosessual təhqiqat təşkil edilib.

Bildirilib ki, qurumun əməkdaşları hadisənin başvermə şəraitinin aydınlaşdırılmasına yönəlmiş kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.

Bu arada, Kremlin sözçüsü Dmitri Peskov Federal Penitensiar Xidmətin bütün yoxlamalarla məşğul olduğunu bildirib.

    Peskov Navalnının ölümü barədə prezident Vladimir Putinin məlumatlandırıldığını qeyd edib.

    Kremlin sözçüsü məlum hadisə ilə bağlı xüsusi təlimatlara ehtiyac olmadığını da bildirib. Peskov vurğulayıb ki, Navalnının ölüm səbəbini həkimlər müəyyən etməlidir.

    Qeyd edək ki, Navalnı Putin əleyhinə və ifrat sağçı fikirləri ilə tanınırdı.

    2021-ci ildə Almaniyadan Rusiyaya qayıdarkən həbs edilən Navalnı korrupsiya və radikalizmdə ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum edilib.


    Etiketlәr: #Aleksey Navalnı

    Әlaqәli Xәbәrlәr