"Ermənistan Avropa İttifaqı ilə yaxınlaşmağa hazırdır, N.Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibə verib.

2101085
"Ermənistan Avropa İttifaqı ilə yaxınlaşmağa hazırdır, N.Paşinyan

"Ermənistan Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmağa hazırdır". 

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində bildirib.

Müxbirin Ermənistanın gələcəkdə NATO-ya üzvlüyü barədə düşünüb-düşünməməsi ilə bağlı sualına Paşinyan qeyd edib ki, ölkəsində NATO-ya üzvlük məsələsi və müzakirəsi gündəmdə deyil.

Paşinyan vurğulayıb ki, hazırda hüquqi cəhətdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdürlər, lakin bu blok strategiyasının uzunmüddətli perspektivdə Ermənistanın maraqlarına uyğun olub-olmaması ilə bağlı mübühisələr davam edir.

Ermənistanın baş naziri son vaxtlar ən mühüm məsələnin Gürcüstanın Aİ-yə namizəd ölkə statusu qazanması olduğunu, vəzifəyə başlamazdan əvvəl ölkəsinin İttifaqla hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi imzaladığını və sazişin həyata keçirilməsi mərhələsi çərçivəsində əlaqələri dərinləşdirdiklərini diqqətə çatdırıb. 

“Ermənistan Aİ ilə mümkün qədər yaxınlaşmağa hazırdır”, -deyə Paşinyan qeyd edib.

Paşinyan jurnalistin fevralın 1-dən Roma Nizamnaməsini qəbul etdikləri və rəsmən üzv olduqları Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Putinə qarşı yaxalama qərarının Putin İrəvana gedəcəyi təqdirdə tətbiq edilib-edilməyəcəyi sualına belə cavab verib: "Həmin yaxalama qərarı qanuni çərçivədə Ermənistan məhkəmələri tərəfindən müzakirə edilməlidir. Mənim bu məsələdə səlahiyyətim yoxdur və vəzifədəki dövlət başçılarının statuslarına görə toxunulmazlıqları olduğuna dair hüquqşünasların fikirləri var".



Әlaqәli Xәbәrlәr