ABŞ ordusunun Suriyadakı bazası raket atəşinə tutulub
İranın dəstəklədiyi qruplaşmalar ABŞ ordusunun Suriyanın Deyr əz-Zor əyalətində yerləşən bazasına raket zərbələri endirib.
İranın dəstəklədiyi qruplaşmalar ABŞ ordusunun Suriyanın Deyr əz-Zor əyalətində yerləşən bazasına raket zərbələri endirib.
Yerli mənbələrin yaydığı məlumata görə, Fərat çayının qərb sahilindəki İran tərəfindən dəstəklənən qruplaşmalar ABŞ qüvvələrinin yerləşdiyi Koniko qaz yatağındakı bazasına hücum edib.
ABŞ hələlik hücumla bağlı açıqlama verməyib.
Qeyd edək ki, ABŞ ordusunun Haseke və Deyr əz-Zordakı bazaları ilin əvvəlindən bəri vaxtaşırı mənşəyi məlum olmayan raket və kamikadze PUA-larla hədəfə alınır.
Fərat çayının şərqindəki Deyr əz-Zor əyaləti ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altındadır. Şəhər mərkəzi və digər bölgələri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qruplaşmaların nəzarətindədir.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir