Putin: "Təyyarə "Patriot" ilə vuruldu"

Rusiya Prezidenti Vladimir Putin göyərtəsində ukraynalı 65 əsir daxil 74 nəfərin olduğu Rusiya təyyarəsinin Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu bildirib.

2095972

Martda keçiriləcək prezident seçkilərində müstəqil namizəd olan Vladimir Putin paytaxt Moskvadakı “Qostıny Dvor” binasında seçkilərdəki səlahiyyətli nümayəndələrlə görüşüb.

Burada çıxış edən Putin keçən həftə Belqorod vilayətində 65-i ukraynalı əsir olmaqla 74 nəfərin olduğu Rusiyanın “İl-76” tipli təyyarəsinin vurulmasına toxunaraq, "Təyyarə Amerikanın "Patriot" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Bu, qəti olaraq aşkarlanıb. Təyyarəni vuran raket Ukrayna administrasiyasının nəzarətində olan ərazidən buraxılıb" deyib.

Ukraynanın təyyarəni vurmaqla “cinayət” törətdiyini vurğulayan Putin Qərbin bu hadisəni “ört-basdır etməyə” çalışdığını və hadisə ilə bağlı beynəlxalq araşdırma aparılmasının vacibliyini dilə gətirib.

Әlaqәli Xәbәrlәr