İran ABŞ-ın İordaniyadakı bazasına hücumla əlaqəsinin olmadığını bildirib

İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Nümayəndəliyi "Suriya-İordaniya sərhədində ABŞ qüvvələrinə hücumla heç bir əlaqəsi olmadığını" açıqlayıb.

2094482

İranın rəsmi xəbər agentliyi İRNA ölkənin BMT-dəki nümayəndəliyinin bəyanatına yer verib.

"İranın bu hücumla heç bir əlaqəsi yoxdur. Münaqişə ABŞ qüvvələri ilə regiondakı müqavimət qüvvələri arasında qarşılıqlı cavabdır", - bəyanatda deyilib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden İordaniya-Suriya sərhədindəki hərbi bazaya pilotsuz təyyarənin birtərəfli hücumu nəticəsində 3 əsgərinin həyatını itirdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da hücumda 34 əsgərin yaralandığını bildirib.

İordaniya hökuməti ABŞ qüvvələrinə hücumun ölkə ərazisində deyil, Suriya sərhədindəki Tenef bazasında həyata keçirildiyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr