ABŞ-ın İraqdakı koalisiyasının mandatı başa çatacaq

İraq hökumət sözçüsü Basim Avvadi rəsmi xəbər agentliyi İNA-ya verdiyi açıqlamada deyib ...

2094635
ABŞ-ın İraqdakı koalisiyasının mandatı başa çatacaq

 

  İraq ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin mandatının hazırkı hökumət dövründə başa çatacağını bildirib.

  Hökumət sözçüsü Basim Avvadi rəsmi xəbər agentliyi İNA-ya verdiyi açıqlamada deyib: “Baş nazir Məhəmməd Şia əl-Sudani hökumətinin səlahiyyət müddəti bitmədən ölkədə koalisiya qüvvələrinin fəaliyyətinin dayandırılacağını bildirib”.

  Yanvarın 27-də paytaxt Bağdadda beynəlxalq koalisiya qüvvələrinin missiyasını nəzərdən keçirmək üçün İraq və ABŞ arasında birgə yüksək hərbi komitənin ilk iclası keçirilib. Toplantıdan sonra ölkədə koalisiya qüvvələrinin mövcudluğuna son qoyulması məsələsini hərbi ekspertlərin üzərinə götürəcəyi açıqlanıb.

  Koalisiya qüvvələrinin ölkədən çıxarılması üçün vaxt cədvəli müəyyən ediləcək. Çəkildikdən sonra İraqın ABŞ ilə koalisiya qüvvələrinə daxil olan ölkələr arasında münasibətlərinin “ikitərəfli təhlükəsizlik əlaqələri” səviyyəsində olacağı bildirilib.

  İraq hökuməti yanvarın 25-də ABŞ ilə terror təşkilatı DEAŞ-a qarşı koalisiyanın hərbi missiyasının dayandırılması və koalisiya müşavirlərinin mərhələli şəkildə ixtisarına dair cədvəlin yaradılması üçün ABŞ administrasiyası ilə razılıq əldə edildiyini açıqlayıb.

  İraq Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ və İraq hökumətləri arasında 2023-cü ilin avqust ayından bəri davam edən danışıqlar raundları uğurla başa çatıb.



Әlaqәli Xәbәrlәr