İran xarici bayraqlı tankeri ələ keçirdi

İnqilab Mühafizləri Ordusu Dəniz Donanmasının ikinci region komandiri Heydər Hüneriyan Mücerred məsələ ilə bağlı açıqlama verərək deyib ...

2094335
İran xarici bayraqlı tankeri ələ keçirdi

 

  İran İnqilab Mühafizləri Korpusu Fars (Bəsrə) körfəzində 2 milyon litr qaçaqmal yanacaq daşıdığı iddia edilən xarici bayraqlı tankeri ələ keçirib və orada olan 14 nəfəri saxlayıb.

  “Tesnim” xəbər agentliyinin məlumatına görə, İnqilab Mühafizləri Ordusu Dəniz Donanmasının ikinci region komandiri Heydər Hüneriyan Mücerred məsələ ilə bağlı açıqlama verərək deyib: “Buşəhr yaxınlığında okean ölkələrindən birinin bayrağı altında üzən tankerdə 2 milyon litr qaçaqmalçılıq yolu ilə yanacaq aşkar edildi. Sözügedən gəmi məhkəmə qərarı ilə ələ keçirildi. İkisi Asiya ölkələrindən olmaqla 14 ekipaj üzvü saxlanılıb”.



Әlaqәli Xәbәrlәr