Suriya böhranına həsr olunmuş XXI sammit Astanada işə başlayıb

Danışıqlarda Türkiyeni xarici işlər nazirinin müavini Əhməd Yıldızın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

2092858
Suriya böhranına həsr olunmuş XXI sammit Astanada işə başlayıb

Suriya böhranının həlli üçün Türkiye, Rusiya və İranın zaminliyi ilə qurulan Astana formatındakı Suriya danışıqlarının 21-cisi Qazaxıstanın paytaxtı Astanada başlayıb.
Danışıqlarda Türkiyeni xarici işlər nazirinin müavini Əhməd Yıldızın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Danışıqlarda Rusiyadan Prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyevin və İrandan Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş müşaviri Əli Əsgər Hacının başçılıq etdiyi nümayəndə heyətləri iştirak edir.

Rəsmi Dəməşq xarici işlər nazirinin müavini Bassam Sabbaghın rəhbərlik etdiyi, müxalifət isə Əhməd Tumanın başçılıq etdiyi nümayəndə heyətləri ilə iştirak edir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsinin müavini Nəcat Roçdinin də qatıldığı danışıqlarda müşahidəçi statusuna malik İordaniya, İraq və Livan nümayəndə heyətləri də iştirak edir.

Qazaxıstanın paytaxtında 21-ci dəfə keçirilən danışıqlar çərçivəsində Türkiye nümayəndə heyəti Rusiya və BMT nümayəndə heyətləri ilə ilk ikitərəfli görüşünü keçirib.

İki gün davam edəcək görüşlərdə nümayəndə heyətləri Suriya ətrafında regional vəziyyətin dəyişməsi, Suriyada hərtərəfli həll istiqamətində səylər, humanitar vəziyyət və Suriyanın yenidən qurulmasının asanlaşdırılması üçün beynəlxalq ictimaiyyətin səfərbər olunması kimi məsələləri müzakirə edirlər.

Bundan əlavə, Suriyada terrorla mübarizə, girovların azad edilməsi, itkin düşənlərin axtarışı kimi etimadın gücləndirilməsi tədbirləri müzakirə edilir.



Әlaqәli Xәbәrlәr