Suriya böhranının həllinə dair Astana prosesinin zəmanətçi ölkələri Qazaxıstanda görüşəcək

Suriya böhranının həllinə dair Astana prosesinin zəmanətçi ölkələri olan Türkiye, Rusiya və İran yanvarın 24-25-də Qazaxıstanın paytaxtı Astanada görüşəcək.

2090915

Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Astana prosesinin zəmanətçi ölkələrinin birgə müraciəti əsasında Astana formatında Suriya üzrə 21-ci danışıqların qeyd olunan tarixlərdə Astanada keçiriləcəyi bildirilib.
Açıqlamada danışıqlarda zəmanətçi ölkələr olan Türkiye, Rusiya və İranın nümayəndə heyətləri ilə yanaşı, Dəməşq rəhbərliyi və müxalifətinin də iştirak edəcəyi bildirilib.
Açıqlamada qeyd olunub ki, iclaslarda müşahidəçi qismində Birləşmiş Millətlər Təşkilatı, İordaniya, İraq və Livan nümayəndələrinin iştirakı gözlənilir.
“Danışıqların gündəmdə Suriya ətrafında regional vəziyyətin inkişafı, Suriyada hərtərəfli həll istiqamətində səylər, humanitar vəziyyət və Suriyanın yenidən qurulmasının asanlaşdırılması üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsi var”,-deyə açıqlamada bildirilib.
Suriya böhranının həlli üçün aparılan  Astana danışıqlarının vasitəçi ölkələri sonuncu dəfə 2023-cü ilin yayında görüşüb.

Әlaqәli Xәbәrlәr