Prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edildi

... O deyib ki, olunan dəyişikliklər demokratik dəyərləri dəstəkləməkdənsə, hakim partiyaların maraqları ilə üst-üstə düşür

2079744
Prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edildi

 

  Bolqarıstan parlamenti prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini qəbul etdi.

  “Novinite”nin xəbərinə görə, Bolqarıstanın Avropa Gələcəyi üçün Vətəndaş Təşəbbüsü (GERB) - Demokratik Qüvvələr Birliyi (SDS) alyansı, Dəyişikliyə Davam (PP) - Demokratik Bolqarıstan (DB) alyansı ilə Hüquq və Azadlıqlar Hərəkatı (DPS) tərəfindən 2023-cü ilin 28 iyulunda təqdim edilən qanun layihəsi 71 əleyhinə 165 səslə qəbul edilib.

  Bolqarıstan Sosialist Partiyası (BSP), Diriliş Partiyası (Vazrajdane) və Belə Bir Xalq Var (İTN) partiyaları bunun əleyhinə səs verib.

  Bildirildiyinə görə, qanun ölkənin məhkəmə-hüquq sistemində mühüm islahatların aparılması, prezidentin bəzi səlahiyyətlərinin məhdudlaşdırılması, tənzimləyici və nəzarət qurumlarının üzvlərinin seçki prosesinin demokratikləşdirilməsi məqsədi daşıyır. 

  Prezidentin müvəqqəti hökumət qurmaq səlahiyyətini məhdudlaşdıran qanun layihəsinə görə, müvəqqəti baş nazir ali məhkəmənin sədri istisna olmaqla, müəyyən namizədlər qrupundan seçiləcək.

  Potensial müvəqqəti baş nazirlər siyahısına parlament sədri, Bolqarıstan Milli Bankı İdarə Heyətinin sədr və ya müavini, Hesablama Məhkəməsinin sədr və ya müavini, ombudsman və ya müavini kimi namizədlər daxil olacaq.

  Digər mühüm dəyişikliklə, ikili vətəndaşlığı olan Bolqarıstan vətəndaşları ölkədə ən az 18 ay yaşadıqları təqdirdə parlament üzvü olmağa icazə veriləcək.

  Bolqarıstan prezidenti Rumen Radev dəyişikliklərin məhkəmə sistemindəki fundamental problemləri həll etmədiyini, ölkənin ədalətli idarəçilik öhdəliyini potensial olaraq zəiflətdiyini bildirib. O qeyd edib ki, olunan dəyişikliklər demokratik dəyərləri dəstəkləməkdənsə, hakim partiyaların maraqları ilə üst-üstə düşür.



Әlaqәli Xәbәrlәr