“Ərdoğan Qəzza üçün hər şeyi edən beynəlxalq xalq liderlərindən biridir”, V.Putin

Paytaxt Moskvada “Qostini Dvor” Ticarət və Sərgi Mərkəzində keçirilən illik xüsusi sual-cavab sessiyası və il sonu mətbuat konfransında çıxışında V.Putin 2024-cü ilin əvvəlində Türkiyəyə səfər edə biləcəyini söyləyərək deyib ...

2076714
“Ərdoğan Qəzza üçün hər şeyi edən beynəlxalq xalq liderlərindən biridir”, V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzzadakı səylərini yüksək qiymətləndirib.

  Paytaxt Moskvada “Qostini Dvor” Ticarət və Sərgi Mərkəzində keçirilən illik xüsusi sual-cavab sessiyası və il sonu mətbuat konfransında çıxışında V.Putin 2024-cü ilin əvvəlində Türkiyəyə səfər edə biləcəyini söyləyərək deyib: “Prezident Ərdoğan Qəzza səylərində aparıcı rol oynayır. Türkiyə prezidenti Qəzzada baş verən faciəyə diqqət çəkən, vəziyyəti yaxşılaşdırmaq və uzunmüddətli sülh üçün şərait yaratmaq üçün hər şeyi edən beynəlxalq xalq liderlərindən biridir.

  Biz də Türkiyə kimi BMT-nin Fələstin dövlətinin yaradılması ilə bağlı qəbul etdiyi qərarların icrasının tərəfdarıyıq. Bu məsələlərdə Ərdoğanla tez-tez danışırıq. Bizim yanaşmalarımız çox yaxındır".

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam birləşmələri oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb. Artan gərginlikdə əksəriyyəti uşaq olmaqla 18 mindən çox fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr