Suriyaya keçid məntəqələri daha üç ay açıq qalacak

BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

2064270
Suriyaya keçid məntəqələri daha üç ay açıq qalacak

Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriya rəhbərliyinin humanitar yardımlar üçün Öncüpınar (Bab Əl Salam) və Çobanbey (Əl Rai) sərhəd-keçid məntəqələrinin açıq qalma müddətini daha 3 ay uzaddığını açıqlayıb.

BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Dujarric 6 fevralda episentri Türkiyenin Kahramanmaraş şəhəri olan zəlzələlərdən sonra açılan Öncüpınar və Çobanbey keçid məntəqələrinin açıq aqlma müddətinin 2024-cü ilin 13 fevralına qədər uzadıldığını ifadə edərək, bu iki məntəqənin və Cilvegözü keçid məntəqəsinin humanitar yardımlar üçün əsas əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Dujarrik Suriyanın şimal-qərbi üçün sərhədyanı yardımın əhəmiyyətinə diqqət çəkərək, BMT və tərəfdaşlarının hər ay bu keçid məntəqələri vasitəsilə 2,5 milyon insana yardım çatdırdığını bildirib.

BMT personalının bu il 260 sərhədyanı yardım əməliyyatı həyata keçirdiyini ifadə edən Dujarrik 3 keçid məntəqəsindən cəmi 4200 yardım maşınının keçdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr