Deyr əz-Zorda İranın dəstəklədiyi qruplaşmalara hava hücumu edilib
Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində Suriya ordusunun sıralarında yer alan və İran tərəfindən dəstəklənən qruplaşmalara qarşı hava əməliyyatı keçirilib.
Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində Suriya ordusunun sıralarında yer alan və İran tərəfindən dəstəklənən qruplaşmalara qarşı hava əməliyyatı keçirilib.
Yerli mənbələrdən əldə edilən məlumata görə, mənşəyi naməlum döyüş təyyarəsi Deyr əz-Zorun Əlbukamal rayonundakı Siyal kəndi və Meyadin bölgəsində İran tərəfindən dəstəklənən qruplaşmaların yerləşdiyi ərazini bombaladı.
Bildirilib ki, hava hücumu nəticəsində ölən və yaralananlar olub, 3 hərbi maşın yararsız hala düşüb.
Qeyd edək ki, Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında, şəhər mərkəzi və digər bölgələri isə Əsəd rejimi və İranın dəstəklədiyi qruplaşmaların nəzarətindədir.
İranın dəstəklədiyi qruplaşmalar vaxtaşırı ABŞ-ın Fərat çayının şərq sahilindəki bazalarına raket və PUA-larla hücum edir.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir