“BMT və UAEA İsraili nüvə silahlarından arındırmalıdır”, H.Ə.Abdullahiyan

“X” sosial media platformasında məsələ ilə bağlı paylaşım edən H.Ə.Abdullahiyan yazıb ...

2061108
“BMT və UAEA İsraili nüvə silahlarından arındırmalıdır”, H.Ə.Abdullahiyan

 

  İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qəzzaya nüvə bombası atmağın ehtimallar arasında olduğunu söyləyən İsrailin ifrat sağcı miras naziri Amihai Eliyahuya reaksiya verib.

  “X” sosial media platformasında məsələ ilə bağlı paylaşım edən H.Ə.Abdullahiyan yazıb: "İsrailli nazirin atom bombasından istifadə ilə bağlı açıqlamaları hökumətin müqavimət qarşısında əsl uğursuzluğunu göstərir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) bu barbar və aparteid hökuməti nüvə silahlarından arındırmalıdır. Sabah çox gec olacaq. Qəzza soyqırımının tam məsuliyyəti Ağ Evin üzərinə düşür."

  Xatırladaq ki, İsrailin ifrat sağçı miras naziri Amihai Eliyahu radio proqramında nüvə bombasından istifadənin Qəzza üçün imkanlardan biri olduğunu deyib. Bundan sonra baş nazir Benyamin Netanyahu Eliyahunu qeyri-müəyyən müddətə kabinet iclaslarından kənarlaşdırıb. Qəzza zolağına qarşı qalmaqallı ifadələrinə verilən reaksiyalardan sonra Eliyahu geri çəkilib və nüvə bombası ilə bağlı sözlərinin məcazi olduğunu deyib.



Әlaqәli Xәbәrlәr