Rusiyada “Cavab nüvə hücumu”
Rusiya Prezident Aparatından verilən açıqlamada bildirilir ...
Rusiyada quru, hava və dəniz qüvvələri ilə “Cavab nüvə hücumu” təlimi keçirilib.
Rusiya Prezident Aparatından verilən açıqlamada bildirilir: “Rusiya prezidenti Vladimir Putinin videokonfrans vasitəsilə izlədiyi təlimdə quru, dəniz və hava qüvvələrinə aid nüvə çəkindirici silahlardan istifadə edilib. Hərbi təlim zamanı ballistik və qanadlı raketlər atılıb. Buraxılışlar Rusiya Milli Müdafiə Nəzarət Mərkəzi tərəfindən idarə edilib”.
Manevrlərdə qitələrarası “Yars” və “Sineva” ballistik raketlərindən istifadə olunub.
Rusiya dövlət televiziyasında yayımlanan təlim görüntülərində V.Putinə hesabat verən Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib: "Təlim düşmənin nüvə hücumuna cavab olaraq böyük nüvə zərbəsi endirmək üçün missiyaların həyata keçirilməsini əhatə edir."
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir