“İsrailin Qəzzaya hücumları həddi aşıb və ...” H.Ə.Abdullahiyan

İran Tələbələr Xəbər Agentliyi – İSNA-nın məlumatına görə ...

2056276
“İsrailin Qəzzaya hücumları həddi aşıb və ...” H.Ə.Abdullahiyan

 

  İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsrailin Qəzzaya hücumlarının həddi aşdığını və nəzarətin hər an itirilməsi ehtimalının olduğunu bildirib.

  İran Tələbələr Xəbər Agentliyi – İSNA-nın məlumatına görə, H.Ə.Abdullahiyan Birləşmiş Millətlər Təşkilatında Fələstinlə bağlı fövqəladə sessiyada iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə gedərkən mətbuata açıqlama verib. O bildirib: " ABŞ və bəzi Avropa ölkələrinin sionist rejimə kor-koranə dəstəyilə Qəzza xalqına qarşı törədilən qətliam və soyqırım Qərbi Asiya regionunda vəziyyəti bütün ölkələr üçün qorxulu səviyyəyə çatdırıb. Hər an bütün tərəflər istənilən vaxt nəzarəti itirə bilər.

  İsrail hücumlarını təcili dayandırmalı və Qəzzaya humanitar yardımlar çatdırılmalıdır.

  Fələstinlilər İsrailə qarşı öz torpaqlarını müdafiə etmək hüququna malikdir. Bunun beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının şərtlərinə də uyğundur”.

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” hücumuna başlayıb. Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb. Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki var.

 



Әlaqәli Xәbәrlәr