İdlibdə hava hücumu nəticəsində 5 mülki vətəndaş həlak olub
Suriyanın İdlib vilayətində məcburi köçkünlərin sığındığı düşərgəyə Rusiya döyüş təyyarəsinin hava hücumu nəticəsində 5 mülki vətəndaş həyatını itirib, 7 mülki vətəndaş isə yaralanıb.
Suriyanın İdlib vilayətində məcburi köçkünlərin sığındığı düşərgəyə Rusiya döyüş təyyarəsinin hava hücumu nəticəsində 5 mülki vətəndaş həyatını itirib, 7 mülki vətəndaş isə yaralanıb.
İdlibdəki təyyarə rəsədxanasından əldə edilən məlumata görə, Latakiyadakı Hmeymim bazasından havaya qalxan Rusiyaya məxsus döyüş təyyarəsi İdlibin qərbindəki Hamame kəndi yaxınlığındakı düşərgəyə hava hücumu həyata keçirib.
Suriya Mülki Müdafiə (Ağ Dəbilqəlilər) qruplarından alınan məlumata görə, hücumda aralarında uşaqların da olduğu ən az 5 mülki vətəndaş həyatını itirib, 7 mülki vətəndaş isə yaralanıb.
Yaralılar mülki müdafiə qrupları tərəfindən İdlibdəki xəstəxanalara aparılıb.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir