İdlib və Hələbə edilən hücumlarda 12-si uşaq olmaqla 49 mülki vətəndaş ölüb

Suriya ordusu və Rusiyanın son bir həftədə İdlib və Hələbə təşkil etdiyi hücumlarda 12-si uşaq, 9-u qadın olmaqla 42 mülki şəxs həyatını itirib, 79 min dinc sakin isə köç etmək məcburiyyətində qalıb.

2048805
İdlib və Hələbə edilən hücumlarda 12-si uşaq olmaqla 49 mülki vətəndaş ölüb

Suriya ordusu və Rusiyanın son bir həftədə İdlib və Hələbə təşkil etdiyi hücumlarda 12-si uşaq, 9-u qadın olmaqla 42 mülki şəxs həyatını itirib, 79 min dinc sakin isə köç etmək məcburiyyətində qalıb.

Suriya Fövqəladə Hallara Müdaxilə Koordinasiya Ofisinin direktoru Muhammed Hallaj Suriya ordusu və ona dəstək verən Rusiyanın İdlib deeskalasiya zonası sərhədləri daxilindəki bölgələrə qurudan və havadan təşkil etdiyi hücumları ilə bağlı açıqlama verib.

İdlib və Hələbdəki hücumlarda 9 dəfə beynəlxalq qanunların qadağan etdiyi silahlardan istifadə edildiyini vurğulayan Hallaj 12-si uşaq, 9-u qadın olmaqla 42 mülki şəxsin həyatını itirdiyini, 214 mülki vətəndaşın isə yaralandığını bildirib.

Hallaj hücumlar nəticəsində təxminən 79 min mülki vətəndaşın yurd-yuvasından didərgin düşdüyünü qeyd edib.

“İdlibdə 11-i məktəb, 7-si çadır düşərgəsi,15-i də səhiyyə obyekti olmaqla ümumilikdə 51 ictimai bina vurulub” deyən Hallaj hücumlarda humanitar yardım təşkilatlarının iki əməkdaşının öldüyünü, 4 əməkdaşının isə yaralandığını bildirib.

2017-ci ildə Astanada keçirilən görüşdə Türkiye, Rusiya və İran Suriya administrasiyasının nəzarətində olmayan ərazidə 4 deeskalasiya zonası yaratmaq qərarına gəlib.

Dəməşq rəhbərliyi İranın dəstəklədiyi terrorçular və Rusiya hücumlarını davam etdirərək 4 bölgədən 3-nü ələ keçirərək İdlibə doğru irəliləyib. Türkiye 2018-ci ilin sentyabrında atəşkəsi gücləndirmək üçün Rusiya ilə əlavə razılaşma əldə etsə də, 2019-cu ilin mayında hücumlar yenidən artıb.


Etiketlәr: #hücum , #Suriya , #Hələb , #İdlib

Әlaqәli Xәbәrlәr