Ayətullah Əli Xamenei iddiaları təkzib edib

İranın dini lideri Ayətullah Əli Xamenei "Həmas"ın İsrailə qarşı həyata keçirdiyi "Əqsa tufanı" əməliyyatının arxasında İranın olması ilə bağlı iddiaları təkzib edib.

2048942
Ayətullah Əli Xamenei iddiaları təkzib edib

İranın dini lideri Ayətullah Əli Xamenei "Həmas"ın İsrailə qarşı həyata keçirdiyi "Əqsa tufanı" əməliyyatının arxasında İranın olması ilə bağlı iddiaları təkzib edib.

Əli Xamenei İran Silahlı Qüvvələrinin paytaxt Tehranda keçirilən buraxılış mərasimi proqramında çıxış edib, ilk dəfə İsrail-"Həmas" münaqişəsindən danışıb:

"İşğalçı rejim (İsrail) həm hərbi, həm də kəşfiyyat baxımından düzəlməz məğlubiyyətə uğradı. Bu dağıdıcı zəlzələ İsrail rejiminin mühüm və kritik strukturlarını dağıdıb və onu bərpa etmək asan olmayacaq".

Xamenei "Həmas"ın İsrailə qarşı həyata keçirdiyi "Əqsa tufanı" adlı hərtərəfli əməliyyatının arxasında İranın olması ilə bağlı iddiaları təkzib edib.

Bununla belə, Xamenei "Bu əməliyyatı həyata keçirən və dizayn edən fələstinlilərin alınlarından öpürük. Onlarla fəxr edirik" deyib.

Xamenei İsraili Qəzzaya hücumları ilə bağlı xəbərdar edib:

"İsraillilər fələstinlilərin Qəzzanın mühasirəsini pozaraq sionistlərin hərbi və mülki məskunlaşdıqları ərazilərə daxil olmasına görə məzlumdurmu? Fələstinlilərin sillə vurduğu qəddar düşmən indi məzlum ədəbiyyat yazır. Bu rejim işğalçı olduğu qədər məzlum deyil. İndi özlərini məzlum kimi göstərərək Qəzzada qırğınlar törədirlər. İşğalçı rejim idarəçiləri və bu rejimi dəstəkləyənlər bilməlidirlər ki, bu hərəkətlər onlara daha böyük bəla gətirəcək”.



Әlaqәli Xәbәrlәr