Suriya ordusu Hələb və İdlibə hücum etdi, ölənlər var

Suriya ordusu və Rusiyanın İdlib, Hələb və Xama bölgələrində həyata keçirdiyi hücumlarda 11 nəfər həyatını itirib, 78 nəfər yaralanıb.

2047543
Suriya ordusu Hələb və İdlibə  hücum etdi, ölənlər var

Suriya ordusu və Rusiyanın İdlib, Hələb və Xama bölgələrində həyata keçirdiyi hücumlarda 11 nəfər həyatını itirib, 78 nəfər yaralanıb.
Suriya ordusu və İranın dəstəklədiyi xarici terror qruplaşmaları İdlib, Erixa, Mecdeleye, Mastuma, Marbellit, Seremin, Termanin və Hələbin Daret İzze bölgələrinə intensiv hücumlar həyata keçirib.
Rusiya döyüş təyyarələri Cisir əş-Şuğur rayonu, Ziayniye və Xac Hammud kəndlərinə hava zərbələri endirib.
Ağ Dəbilqəlilər təşkilatının əməkdaşlarının məlumatına görə, İdlibə edilən hücumda 10 mülki vətəndaş həyatını itirib, 60 milki vətəndaş da yaralanıb.
Rusiya döyüş təyyarələrinin hücumları nəticəsində 1 uşağın öldüyü, 18 mülki vətəndaşın yaralandığı bildirilib.
Gecə yarısından sonra Suriya ordusu Hələbin qərbindəki Daret İzze bölgəsinə kaset bombaları ilə hücum edib.
Hücum zamanı ölən və yaralananların olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr