Qroza kəndi Rusiyanın hücumuna məruz qalıb, 49 nəfər ölüb
Ukraynanın şərqindəki Xarkov vilayətinin Kupyansk yaxınlığında raket hücumu nəticəsində azı 49 nəfər həlak olub.
Ukraynanın şərqindəki Xarkov vilayətinin Kupyansk yaxınlığında raket hücumu nəticəsində azı 49 nəfər həlak olub.
"Associated Press" agentliyinin məlumatına görə, Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunda yerləşən Qroza kəndinə zərbələr endirib. Raket adamların çox olduğu kafe və mağazaya düşüb.
Məlumata əsasən, ölənlərdən biri 6 yaşlı oğlandır: “Biri uşaq olmaqla 6 nəfər yaralanıb”.
Ukrayna lideri Vladimir Zelenski hücuma reaksiya verərək deyib:
“Rusiyaya bu və buna bənzər terror aktları yalnız bir şeyə görə lazımdır: öz soyqırım təcavüzünü bütün dünya üçün yeni normaya çevirmək".
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir