Məhəmməd Şia əl-Sudani İqor Levitin ilə görüşüb

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani Fars körfəzindən Türkiyeyə qədər uzanacaq İnkişaf Yolu Layihəsinin fəaliyyətə başladığını bildirib.

2045670
Məhəmməd Şia əl-Sudani İqor Levitin ilə görüşüb

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Fars körfəzindən Türkiyeyə qədər uzanacaq İnkişaf Yolu layihəsinin fəaliyyətə başladığını bildirib.

İraq Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı bəyanata görə, Sudani İraqda səfərdə olan Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb.

Yaxın günlərdə Moskvaya edəcəyi səfərin də müzakirə edildiyi görüşdə Baş nazir Sudani İnkişaf Yolu layihəsi və Bəsrə Fav Liman layihəsinin fəaliyyətə başladığını bildirib.

İnkişaf Yolu layihəsinə İraqdan Türkiyəyə qədər uzanan yol və dəmir yolu, həmçinin bu çərçivədə tikiləcək limanlar ilə şəhərlər daxildir.

İraq Böyük Fav Limanı ilə Türkiye üzərindən Asiya və Avropa arasında səyahət müddətini qısaltmağı  hədəfləyir.



Әlaqәli Xәbәrlәr