Yunanıstanda yanğınla mübarizə davam edir

Yunanıstanda 21 nəfərin həyatını itirdiyi meşə yanğınları hələ də nəzarət altına alına bilməyib.

2031209
Yunanıstanda yanğınla mübarizə davam edir

Yunanıstanda 21 nəfərin həyatını itirdiyi meşə yanğınları hələ də nəzarət altına alına bilməyib.

Avqustun 19-da başlayan yanğınlarda indiyədək 826 min hektardan çox ərazi məhv olub.

Alexandroupolidə yanğını nəzarət altına almaq üçün səylər davam edərkən, Evros bölgəsindəki Dadia meşə sahəsinin üçdə birindən çoxunun məhv olduğu açıqlanıb.

Ölkədə son 24 saat ərzində baş verən 47 yeni meşə yanğınından bəziləri yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb.

Bu arada, meşə yanğınları səbəbilə saxlanılan 140 şübhəlidən 79-nun yandırmada günahlandırıldığı barədə məlumat paylaşılıb.



Әlaqәli Xәbәrlәr