Yunanıstanda yanğınla mübarizə 7-ci günündə davam edir

Yunanıstanda 7 gündür davam edən və yaşayış məntəqələrinə də təsir edən yanğınlar nəzarət altına alına bilməyib.

2028909
Yunanıstanda yanğınla mübarizə 7-ci günündə davam edir

Yunanıstanda yanğınları nəzarət altına almaq mümkün olmadığından ehtiyat tədbiri olaraq təxliyələr davam edir.
Yunanıstanda 7 gündür davam edən və yaşayış məntəqələrinə də təsir edən yanğınlar nəzarət altına alına bilməyib.

Beynəlxalq Kosmik Stansiya Yunanıstanı havadan izləyib. Ölkəni tüstü bürüdüyü görülüb.

Attikadakı meşə yanğınlarının tüstüsü paytaxt Afinaya qədər gedib çıxıb. Şəhərin simvollarından biri olan məşhur Akropol Qədim Şəhərin arxasında da alovlar görünüb.
Yaşayış məntəqələrində təxliyələr davam edir

Afinanın təxminən 50 kilometr şimalında Parnita dağında baş verən yanğınla əlaqədar yaşayış məntəqələrindən təxliyələr davam edir.

Bolqarıstan, Çexiya, Albaniya və Rumıniyadan olan yanğınsöndürənlər yanğınsöndürmə işlərinə dəstək verirlər.

Ölkədə 720 min hektardan çox meşə, kənd təsərrüfatı sahəsi və yaşayış məntəqələri külə çevrilib. Yunanıstanda baş verən yanğının tüstüsü İtaliyanın Siciliya adasına və Maltaya qədər gedib çıxıb.
Yanğın törətməkdə şübhəli bilinərək saxlanılan 140 nəfərdən 73-ü barəsində cinayət işi başlanıb.



Әlaqәli Xәbәrlәr