"Xidmətləriniz üçün minnətdaram və sizinlə fəxr edirəm", V.Putin

Rusiya prezidenti Vladimir Putin ölkəsinin əsgərlərinə müraciət edib.

2028593
"Xidmətləriniz üçün minnətdaram və sizinlə fəxr edirəm", V.Putin

"Xidmətləriniz üçün minnətdaram və sizinlə fəxr edirəm".

Bunu Rusiya prezidenti Vladimir Putin ölkəsinin əsgərlərinə müraciətində deyib.

Putin Kursk vilayətinin Poniri şəhərində keçmiş sovet qoşunlarının Kursk döyüşündə nasistlər üzərində qələbəsinin 80 illiyi ilə bağlı keçirilən mərasimdə çıxış edib.

Kursk döyüşünün təxminən 2 aya yaxın davam etdiyinə diqqət çəkən Putin bu müharibədə əsas hadisənin Proxorovkada yüzlərlə tankın əks döyüşdə cəbhənin dar bir hissəsində birləşdiyi genişmiqyaslı tank döyüşü olduğunu və onların altındakı torpağın sözün əsl mənasında yandığını deyib.

Qələbə üçün döyüşənləri unutmayacaqlarını bildirən Putin “Bu gün əfsanəvi Kursk torpaqlarında 1943-cü ilin yayında faşistlərlə vuruşan Kursk döyüşünün qəhrəmanlarının şərəfinə layiq olan qəhrəmanlarımıza, əsgərlərimizə, xüsusi təyinatlı hərbi əməliyyat iştirakçılarına yüksək dövlət mükafatları təqdim olunacaq" deyə vurğulayıb.

Bütün əsgərlərin cəsarətlə və əzmlə döyüşdüyünü qeyd edən Putin “Vətənə sədaqət və hərbi anda sədaqət xüsusi hərbi əməliyyatın bütün iştirakçılarını birləşdirir” deyib.



Әlaqәli Xәbәrlәr