Yunanıstanın yanğınla mübarizəsi davam edir

Yunanıstanda yanğınlar (22 avqust) 4-cü günündə də davam edərkən, Aspropirqosdakı yanğın sənaye zonasındakı fabrik və anbarlara sıçrayıb.

2028076
Yunanıstanın yanğınla mübarizəsi davam edir

Yunanıstanda yanğınlar (22 avqust) 4-cü günündə də davam edərkən, Aspropirqosdakı yanğın sənaye zonasındakı fabrik və anbarlara sıçrayıb.

Yanğın nəticəsində rayondakı sənaye obyektlərinə ziyan dəyib. Yanğın səbəbindən bir çox yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Qərbi Trakyada, Gümülcinin və kəndlərinin yerləşdiyi Rodop vilayətində yanğının ikinci günündə daha 3 yaşayış məntəqəsi boşaldılıb.

Dəmircili, Baraklı və İrcanhisar kəndləri ehtiyat tədbiri olaraq təxliyə edilib.

Bölgədəki bir çox məscid evlərini tərk etmək məcburiyyətində qalan yanğın qurbanlarının üzünə qapılarını açıb.

Dikiltaş və Ag. Paraskevi sahil bölgəsində yanğın nəticəsində sıxışan 40 nəfər Sahil Mühafizəsi bölmələrinə məxsus qayıqlarla dənizdən xilas edilib.

Xilas edilənlər Aleksandrupoli limanına aparılıb.

Yunanıstan prezidenti Katerina Sakelaropulu Evros bölgəsində həyatını itirənlər üçün verdiyi açıqlamada Dadias meşə sahəsində cəsədləri tapılan 18 nəfərin itkisindən kədərləndiyini bildirib.

Sakelaropulu “Biz bu faciəyə görə xalqımızın itkisinə, həlak olmasına, təbiətə vurulan ziyana görə kədərlənirik” deyib.

Yanğın nəticəsində Viotia və Evros bölgəsindəki Kavacık (Lefkimi) rayonunda 2 nəfər həyatını itirib.

Bununla da ölkədə yanğın nəticəsində həyatını itirənlərin sayı 20-yə çatıb.



Әlaqәli Xәbәrlәr