Ukrayna prezidenti Zelenski Danimarkaya səfər edib

Zelenskini Danimarkanın Baş naziri Mette Frederiksen, xarici işlər naziri Lars Lökke Rasmussen və müdafiə naziri Yakob Ellemann-Yensen qarşılayıb.

2026928
Ukrayna prezidenti Zelenski Danimarkaya səfər edib

Ukrayna prezidenti Volodimir Zelenski Hollandiyadan sonra Danimarkaya səfər edib.
ABŞ-ın F-16 döyüş təyyarələrini Ukraynaya çatdırmaq üçün Hollandiya və Danimarkaya yaşıl işıq yandırdıqdan sonra Zelenski iki ölkəyə səfər edib.

Zelenskini Danimarkanın Baş naziri Mette Frederiksen, xarici işlər naziri Lars Lökke Rasmussen və müdafiə naziri Yakob Ellemann-Yensen qarşılayıb.

Birgə mətbuat konfransında danışan Frederiksen Ukraynaya "lazım olduğu müddətcə" dəstəyini davam etdirməyə hazır olduqlarını və ölkəyə 6-sı gələn ilin əvvəlində olmaqla 19 F-16 döyüş təyyarəsi göndərəcəklərini bildirib.

Digər 8 təyyarənin gələn il, qalan 5 təyyarənin isə 2025-ci ildə təhvil veriləcəyini açıqlayan Frederiksen Zelenskiyə müraciət edərək, “Bu ianəni Danimarkanın ölkənizin azadlıq mübarizəsinə sarsılmaz dəstəyinin simvolu kimi qəbul edin” deyib.

Frederiksen həmçinin bildirib ki, hazırda 70-dən çox Ukrayna əsgəri təlim keçmək üçün Danimarkadadır.

Ukrayna prezidenti Zelenski də Hollandiya və Danimarkanın F-16 yardımını Ukraynaya eyni yardımı göstərməkdən çəkinən ölkələr üçün “addım atacaq” addım kimi qiymətləndirib.

F-16 tədarüklərinin bu təyyarələrin Rusiya ərazisində istifadə edilməməsi kimi şərtlərə tabe olub-olmaması sualına cavab olaraq Zelenski bu məsələnin müzakirə olunmadığını, lakin Ukrayna ərazisinin müdafiəsinin “əsas məqsəd” olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr