İran İnqilabı Keşikçilәri Korpusuna mәxsus hәrbi obyektdә partlayış olub

İranın Simnan vilayətində İran İnqilabı Keşikçiləri Korpusuna məxsus hərbi obyektdə partlayış baş verdiyi açıqlanıb.

1981868
İran İnqilabı Keşikçilәri Korpusuna mәxsus hәrbi obyektdә partlayış olub

İranın Simnan vilayətində İran İnqilabı Keşikçiləri Korpusuna məxsus hərbi obyektdə partlayış baş verdiyi açıqlanıb.

Bu barədə İranın ''Təsnim'' xəbər agentliyi məlumat yayıb. Məlumata görə, İran İnqilabı Keşikçiləri Korpusunun Simnan vilayətinin Damqan şəhərindəki hazırlıq və dəstək mərkəzlərindən birinə sursat daşınarkən baş verən qəza nəticəsində partlayış baş verib.

Xəbərdə partlayışa səbəb olan qəzanın araşdırıldığı və hadisə ilə bağlı ətraflı məlumatın daha sonra veriləcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr