Rusiyanın Sankt-Peterburq şəhərində kafedə baş verən partlayışda bir nəfər ölüb

Rusiyanın Sankt-Peterburq şəhərində kafedə baş verən partlayış nəticəsində bir nəfər ölüb.

1968702
Rusiyanın Sankt-Peterburq şəhərində kafedə baş verən partlayışda bir nəfər ölüb

Rusiyanın Sankt-Peterburq şəhərində kafedə baş verən partlayış nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə St. Sankt-Peterburqda kafedə partlayış baş verib.

Partlayış nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Hadisə yerində araşdırma aparan polis əməkdaşları partlayışın partlayıcı qurğu ilə törədildiyini bildiriblər.

Bundan əlavə, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Partlayışda ölən şəxsin hərbi müxbir Vladlen Tatarski kimi tanınan Maksim Fomin olduğu bildirilib.
Partalış yaradıcılıq gecəsi keçirilən zaman olub.

Fomin Rusiya ordusunun Ukraynadakı hərəkətlərini dəstəkləyən görüntülər hazırlaması ilə tanınır.

Qeyd edək ki, bərbi müxbir Vladlen Tatarskinin qətlində şübhəli bilinən Sankt-Peterburq sakini, 1997-ci il təvəllüdlü Darya Trepova saxlanılıb.

O, müstəntiqin yanına aparılıb. İstintaq hesab edir ki, Trepova kafeyə içində partlayıcı olan heykəlcik gətirib.



Әlaqәli Xәbәrlәr