İsrail hərbçiləri daha 3 fələstinlini öldürüb

İsrail hərbi qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə əməliyyatı zamanı 3 fələstinli həyatını itirib.

1957008
İsrail hərbçiləri daha 3 fələstinlini öldürüb

TRT-nin yerli mənbələrə istinad etdiyi xəbərə görə İsrail əsgərləri Cenin şəhərinin Kaba qəsəbəsinə basqın edib. Damlarda snayperlər də yerləşdiən İsrail qüvvələri qəsəbənin yaxınlığındakı Əl-Fəvvara bölgəsində içərisində 3 gəncin olduğu avtomobilə atəş açıb. Hücum nəticəsində 3 Fələstinli həlak olub.

Qeyd edək ki, İsrail ordusu ilin əvvəlindən Fələstinliilərin sıx olduqları işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində reyd və həbs əməliyyatlarını artırıb. Basqınlarda rezin güllələrlə yanaşı, odlu silahlar da istifadə edilir. İordan çayının qərb sahilinin şimalında Cenin və Nablus kimi bölgələrdə isə Fələstin silahlı qrupları ilə İsrail əsgərləri arasında toqquşmalar yaşanır.

 



Әlaqәli Xәbәrlәr