Yunanıstanda qatar qəzasında ölənlərin sayı 57-yə yüksəlib

Yunanıstanda martın 1-də baş verən qatar qəzasında həyatını itirənlərin sayı 57-yə yüksəlib.

1954278
Yunanıstanda qatar qəzasında ölənlərin sayı 57-yə yüksəlib

Yunanıstanda martın 1-də baş verən qatar qəzasında həyatını itirənlərin sayı 57-yə yüksəlib.

Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərində Larisa şəhərinin şimalındakı Tempi bölgəsində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində bəzi vaqonların relsdən çıxması və ön vaqonların yanması nəticəsində baş verən qəzada son məlumata görə 57 nəfərin öldüyü bildirilib.

Xəbərdə 6-sı ağır olmaqla 48 nəfərin müalicəsinin davam etdiyi, 56 nəfərin isə hələ də itkin düşdüyü qeyd edilib.

Xəbərdə qəza zamanı baş verən yanğınla əlaqədar axtarış-xilasetmə işləri zamanı dağıntılar altından çıxarılan bəzi cəsədlərin tanınmasında çətinliklərin yaşandığı, itkin düşənlərin ailələrinin DNT analizi üçün nümunələr verdiyi bildirilib.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias sosial media hesabından dəstək mesajı göndərən hər kəsə təşəkkür edib.

Dendias "Xalqımızla həmrəy olduqlarını ifadə edən bütün dünya xalqlarına təşəkkür edirik. Yunanıstan diplomatik və konsulluq rəsmilərinə nəzakətli dəstək mesajı verən hər kəsə dərin minnətdarlığımızı bildiririk" deyib.

Yunanıstan prezidenti Katerina Sakellaropulu Baş nazir Kiryakos Mitsotakis, səhiyyə naziri Thanos Plevris, ana müxalifət Radikal Sol Alyansın (SYRIZA) lideri Aleksis Tsipras, müdafiə nazirinin müavini Nikos Hardalias və Yunanıstan Kommunist Partiyasının (KKE) lideri Dimitris Kuçumbas qəzanın baş verdiyi əraziyə gedərək vəziyyvt haqqında məlumat alıblar.

Yunanıstan hökuməti ölkə tarixində ən qanlı qatar qəzasından sonra üç günlük milli matəm elan edib.

Bu arada, paytaxt Afinada qatar qəzasına etiraz edən minlərlə nümayişçi "Hellenic Train" ofislərinin yerləşdiyi binanın qarşısına toplaşaraq parlament binasının yerləşdiyi Sintaqma meydanına doğru yürüş edib.

Əllərində “Qəza deyil, qətl” yazılmış plakatlar qaldıran nümayişçilər günahkarların tapılmasını tələb ediblər.



Әlaqәli Xәbәrlәr