Yunanıstanda qatar qəzasında ölənlərin sayı artıb

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb. (YENİLƏNİB)

1952919
Yunanıstanda qatar qəzasında ölənlərin sayı artıb

Yunanıstanda iki qatarın toqquşması nəticəsində baş verən qəzada ilkin məlumata görə 36 nəfər ölüb, çoxlu sayda yaralı var.

Qarşı tərəfdən gələn sərnişin qatarı ilə yük qatarı üz-üzə toqquşub, sərnişin qatarının vaqonları aşıb.

Qəzadan sonra iki qatar alovlanıb, əraziyə yanğınsöndürənlər və təcili yardım maşınları cəlb olunub.

Qəza nəticəsində azı 36 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Ölən və yaralananların sayının artacağı istisna edilmir.


Etiketlәr: #Yunanıstan , #qatar

Әlaqәli Xәbәrlәr