Özbəkistan prezidenti Şövkət Mirziyoyev Misirə səfərə gedib

Özbəkistan prezidenti Şövkət Mirziyoyev Misirə səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülfəttah Əs-Sisi ilə bir araya gəlib.

1949874
Özbəkistan prezidenti Şövkət Mirziyoyev Misirə səfərə gedib

TRT-nin yerli mediaya istinad etdiyi xəbərə görə iki lider danışıq zamanı Fələstin probleminin həlli başda olmaqla, Ukrayna müharibəsi və Efiopiyanın tikintisini davam etdirdiyi Hedasi bənd böhranını müzakirə edib.

Mirziyoyev və Sisi Misirin paytaxtı Qahirədə baş tutan görüşdən sonra mətubata açıqlama verib.

Sisi: “Özbəkistan prezidenti ilə Fələstin problemini müzakirə etdik. Problemin iki dövlətli həll yolu əsasında aradan qaldırılması, Rusiya-Ukrayna müharibəsinin bütün dünyaya təsirindən ötəri siyasi yollarla sona çatdırılmasının vacibliyi və Efiopiyanın hüquqi və məcburi bir müqavilə imzalamağa təşviq edilməsinin  lazım gəldiyi mövzularda mütabiq qaldıq”.

Prezident Sisi Özbəkistan və Qırğızıstan arasında su müqaviləsinin bağlanmasına görə həmkarı Mirziyoyevi təbrik edib.

Mətbuat konfransından sonra iki ölkə arasında ticarət, kənd təsərrüfatı, diplomatiya, mədəniyyət, səhiyyə və təcrübə mübadiləsinə dair 9 protokol sazişinin imzalanması mərasimi keçirilib.

Bildirilir ki  iki lider Əfqanıstanda sabitliyi dəstəklədiklərini və bu ölkənin terrorçular və ekstremistlər üçün təhlükəsiz sığınacağına çevrilməsinə imkan verilməməsinin əhəmiyyətini vurğulayıb.

Özbəkistan prezidenti  Mirziyoyev Sisini ölkəsinə dəvət edib.

 



Әlaqәli Xәbәrlәr