Volodimir Zelenski: "Rusiyanın ağır itkiləri olur"

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin Donbas bölgəsində ağır itkilər verdiyini açıqlayıb.

1948646
Volodimir Zelenski: "Rusiyanın ağır itkiləri olur"

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin Donbas bölgəsində ağır itkilər verdiyini açıqlayıb.

Fevralın 24-də başlayan Ukrayna-Rusiya müharibəsi davam edərkən, Ukraynanın Donbas bölgəsində şiddətli toqquşmalar davam edir.

Ukrayna prezidenti Zelenski Rusiya qüvvələrinin fövqəladə itkilər verdiyini bildirərək, "Vəziyyət çox mürəkkəbdir və biz döyüşürük. İşğalçılara qalib gəlirik və Rusiya ağır itkilər verir" deyib.

Ukrayna dövlət başçısı Ukraynanın Donbas bölgəsində aylardır münaqişələrin intensivləşdiyi bir neçə şəhərə toxunaraq deyib:

“Rusiya Baxmutda, Vuhledarda, Marinkada, Kreminnada, Donbassda nə qədər çox itki versə, biz bu müharibəni bir o qədər tez bitirə bilərik".



Әlaqәli Xәbәrlәr