Çanaqqala boğazı hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb

Qara dənizlə Egey dənizini birləşdirən Çanaqqala boğazı qar yağışı səbəbindən hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb.

1942339
Çanaqqala boğazı hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb

Bu gün səhər radələrində başlayan güclü qar yağışı dənizdə görmə məsafəsinin azalmasına səbəb olub.

Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi tərəfindən qeyri sabit hava şəraitinə görə şimal və cənubdan Boğaza daxil olmaq istəyən gəmilərin kapitanları xəbərdarlıq edilib və Boğazın iki tərəfli tranzit gəmilərə bağlandığı, yağıntılar azaldıqdan sonra hərəkətin normallaşacağı bildirilib.

 



Әlaqәli Xәbәrlәr