Dmitri Peskov: "Qərbin Ukraynanın silah tələbini təşviq etməsi gərginliyi artırıb"

Kreml sözçüsü Dmitri Peskov gündəmlə bağlı açıqlama verib.

1939752
Dmitri Peskov: "Qərbin Ukraynanın silah tələbini təşviq etməsi gərginliyi artırıb"

"Qərbin Ukraynanın silah tələbini təşviq etməsi gərginliyi artırıb".

Bunu Kreml sözçüsü Dmitri Peskov gündəmlə bağlı verdiyi açıqlamada deyib.

Qərbin Ukraynaya silah tədarükünü dəyərləndirən Peskov Ukraynanın getdikcə daha çox silah tələb etdiyini xatırladaraq deyib:

“Qərb bu tələbləri irəli sürür, and içir ki, bu silahları verməyə hazırdır. Vəziyyət kifayət qədər dalana dirənib. Bu, NATO ölkələrinin getdikcə daha çox birbaşa münaqişəyə cəlb olunması ilə gərginliyin artmasına gətirib çıxarır. Bu, hadisələrin gedişatını dəyişdirə bilməz və etməyəcək də. Xüsusi hərbi əməliyyat davam edəcək”. 

İranın İsfahan şəhərində hərbi obyektə hücuma toxunan Peskov qeyd edib ki, suveren dövlətlərə qarşı bu cür hərəkətlər ancaq pislənə bilər.

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun sənədli filmdə “V. Putinin İngiltərəni raketlə təhdid etdi” iddiasına cavab verən Peskov “Bu doğru deyil. Daha doğrusu, yalandır” deyib.

Həmin görüşdə nələrin müzakirə olunduğunu bildiyini deyən Peskov heç bir raket təhdidi olmadığını vurğulayıb.

Peskov qeyd edib ki, Putin o vaxtkı görüşdə Rusiyanın təhlükəsizliyi ilə bağlı çağırışlardan danışıb və bildirib ki, Ukrayna NATO-ya daxil olarsa, Rusiya sərhədlərinin yaxınlığına potensiyal olaraq  NATO və ya Amerika raketlərinin yerləşdirilməsi istənilən raketin bir neçə dəqiqə ərzində Moskvaya çatacağı anlamını daşıyacaq.



Әlaqәli Xәbәrlәr