Gürcüstanda atışma, 5 nəfər ölüb

Gürcüstanın Saqareco şəhərində silahlı şəxsin atəş açması nəticəsində biri polis əməkdaşı olmaqla 5 nəfər həlak olub.

1935595
Gürcüstanda atışma, 5 nəfər ölüb

TRT-nin yerli mediaya istinadla verdiyi xəbərə görə, Gürcüstanın Saqareco şəhərində 1974-cü il təvəllüdlü şəxs yaşayış binasındakı mənzillərdən birinin eyvanından insanlara atəş açıb. insident nəticəsində biri polis olmaqla 5 nəfər həlak olub, 5 də yaralı  var.

Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən   yayılan  açıqlamada   isə    bildirilib  ki,  polis hadisə yerinə gələndə silahlı şəxs onlara atəş açıb və nəticədə əməkdaşlardan biri  həyatını  itirib.

Ehtimal olunur ki, hücum edən şəxs Əfqanıstanda sülhməramlı missiyada iştirak etmiş keçmiş hərbçidir.



Әlaqәli Xәbәrlәr