Xəzər dənizində suitilərin ilk dəfə bu qədər çox ölümü baş verib

Dağıstan Təbii Sərvətlər və Ekologiya Nazirliyi sosial media hesabından verdiyi açıqlamada bildirib...

1914733
Xəzər dənizində suitilərin ilk dəfə bu qədər çox ölümü baş verib

 

  Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Xəzər dənizi sahillərində 2500-ə yaxın ölü suiti üzə çıxıb.

  Dağıstan Təbii Sərvətlər və Ekologiya Nazirliyi sosial media hesabından verdiyi açıqlamada bildirib: “Xəzər dənizi sahilində ölü suitilər ortaya çıxıb. İlkin olaraq 600-dən çox hesab edilən ölü suitilərin sayı təəssüf ki, xeyli artıb və hazırda 2500 olub.

  Ölü suitilərə sahildə müxtəlif yerlərdə rast gəlinib, xüsusilə Yüzbaş bölgəsində, Sulak və Şürnika çaylarının mənsəbləri arasında.

  Suitilərin kütləvi ölümlərinin səbəbi heyvanlardan götürülən patoloji nümunələrin laboratoriya araşdırmalarından sonra bəlli olacaq.

  Son 10 ildə ilk dəfədir ki, Xəzər dənizində suitilərin bu qədər çox ölümü baş verib”.

  Qeyd edək ki, nəsli kəsilməkdə olan Xəzər suitisi “Xəzər faunasında yeganə dəniz məməlisi” sayılır.



Әlaqәli Xәbәrlәr