İranda bu iki ayda 300-dən çox etirazçı həyatını itirib

İranın Tələbə Xəbər Şəbəkəsinin (SNN) məlumatına görə...

1912362
İranda bu iki ayda 300-dən çox etirazçı həyatını itirib

 

  İran İnqilab Mühafizləri Ordusunun komandirlərindən olan Hərbi Hava Qüvvələri komandiri, general Əmir Əli Hacızadə 22 yaşlı gənc qız Məhza Əmininin ölümündən sonra başlayan nümayişlərdə aralarında təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox adamın həyatını itirdiyini açıqlayıb.

  İranın Tələbə Xəbər Şəbəkəsinin (SNN) məlumatına görə, paytaxt Tehrandakı Şəhid Rəcayi Universitetində çıxış edən Ə.Hacızadə ölkədə təxminən iki ay yarımdır davam edən etiraz aksiyalarına toxunaraq deyib: “Etirazları hökumət əleyhdarları təşkil edib, lakin nümayişlərdə iştirak edən hər kəsi günahlandırmaq olmaz. Üsyanlara aldananlar əksinqilabçı deyil, bizim övladlarımız və xalqımızın parçasıdırlar.

  Bəzi gənclər düşməni tanımır, universitetlərdə bu mövzuda mühazirələr oxunmalıdır.

  Düşməni müəyyən edə bilmədiyimiz üçün bu iki ayda 300-dən çox adam həyatını itirib”.

  Xatırladaq ki, sentyabrın 13-də paytaxt Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra vəziyyəti pisləşərək xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da ölməsi ilə başlanan etiraz nümayişləri davam edir.

  Mediada 60-dan da çox təhlükəsizlik əməkdaşı həyatını itirib.

  Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (İHR) noyabrın 22-də dərc etdiyi hesabatında bildirib ki, Əmininin ölümündən sonra İranda başlayan küçə nümayişlərinə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 416 etirazçı həlak olub.



Әlaqәli Xәbәrlәr