İran etirazçılar və dəstək verənləri mühakiməyə hazırlaşır

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə...

1885210
İran etirazçılar və dəstək verənləri mühakiməyə hazırlaşır

 

  İranın ədliyyə naziri Qulam Hüseyn Möhsüni Ejei bildirib ki, 22 yaşlı Məhsa Əmini saxlanıldıqdan və ölümündən sonra başlayan etirazlara dəstək verənlər mühakimə olunacaq.

  İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Ali Məhkəmə Şurasının iclasında çıxış edən Möhsüni Ejei etirazlara dəstək verənlərə xəbərdarlıq edib: “Təkcə küçələrə çıxanların deyil, onlara dəstək verənlər də təqsirkardır. Bu adamlar haqqında qanuni əməliyyat aparılacaq. Ölkədəki bəzi tanınmışlar da davam edən etirazlara dəstək verib ki, vurulan maddi və mənəvi ziyanı onlar ödəyəcək”.

  Eyni iclasda çıxış edən Tehran prokuroru Əli əl-Kasi Mehr də bunları söyləyib: “Üsyançıların tezliklə mühakimə olunması üçün prokurorluqda xüsusi bplmələr yaradılıb”.

  Xatırladaq ki, sentyabrın 16-da İranın paytaxtı Tehranda əxlaq polisi kimi tanınan İrşad patrulları tərəfindən “çadra qaydalarına tabe olmamaq” səbəbi ilə nəzarətə götürülərək xəstəxanaya aparılan Məhsa Əminin ölümü sentyabrın 16-da ölkədə hiddətə səbəb oldu. Sentyabrın 17-də Əmininin şəhəri Sakkızda dəfnindən sonra başlayan etiraz aksiyaları qısa zamanda bir çox şəhərə yayıldı. İranın bir sıra məşhur idmançı və sənətçiləri də yaydıqları mesajlarla etirazçılara dəstək verdi, hüquq-mühafizə orqanlarının müdaxiləsinə sərt reaksiya veriblər.



Әlaqәli Xәbәrlәr