Rusiyanın 55 hərbçisi təhvil verilib

İqor Konaşenkov fevralın 24-dən Ukrayna ilə müharibədə əsir düşən əsgərlərin mübadiləsi barədə məlumat verərək deyib...

1883321
Rusiyanın 55 hərbçisi təhvil verilib

 

  Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, əsir mübadiləsi nəticəsində Rusiya ordusunun qondarma Donetsk və Luqansk respublikalarının silahlı qüvvələrinin 55 hərbçisi Rusiyaya təhvil verilib.

  İqor Konaşenkov fevralın 24-dən Ukrayna ilə müharibədə əsir düşən əsgərlərin mübadiləsi barədə məlumat verərək deyib: “Mübadilə çətin danışıqlar nəticəsində əldə edildi. Sentyabrın 21-dən 22-nə keçən gecə Rusiya Federasiyasının Donetsk və Luqansk respublikalarındakı silahlı qüvvələrinin ölüm təhlükəsi ilə üzləşən 55 əsgəri Kiyev rejiminin nəzarəti altındakı Ukrayna ərazisindən geri qayıdıb. Azad edilən əsirlər təyyarə ilə Rusiyaya gətirilib və Müdafiə Nazirliyinin hospitallarında yerləşdirilib.”

  Qondarma Donetsk Xalq Respublikasının başçısı Denis Puşilin əsir mübadiləsi zamanı aralarında millətçi döyüşçülərin də olduğu 215 nəfərin Ukrayna tərəfinə təhvil verildiyini bildirib.

  Ukraynadan Rusiya tərəfinə təhvil verilən 56 nəfərdən 50-si Rusiya, 5-i Donbasdandır. Onlardan əlavə Rusiyayönlü ana müxalifət partiyası Həyat üçün Müxalifət Platformasının sədri Viktor Ukraynada müharibə başlayandan sonra saxlanılıb və Medvedçukun müqabilində təhvil verilib.

  Qeyd edək ki, Medvedçuk Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır.



Әlaqәli Xәbәrlәr