Rusiyada rus dilini bilməyən məktəblərə götürülməyəcək
... O, belə uşaqların birillik rus dili kursları keçdikdən sonra orta məktəbə götürülməsini məqsədəuyğun sayıb
Rusiya Prezident Aparatı İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev rus dilini bilməyən miqrant övladlarının orta məktəblərə götürülməsinin əleyhinə çıxıb. O, belə uşaqların birillik rus dili kursları keçdikdən sonra orta məktəbə götürülməsini məqsədəuyğun sayıb.
Rusiyanın Millətlərin İşləri üzrə Agentliyi isə ölkədə miqrantlar üçün adaptasiya mərkəzləri yaratmağı təklif edib. Agentliyin rəhbəri İqor Barinov Rusiya prezidenti Vladimir Putin ilə keçirilən görüşündə belə mərkəzlərin miqrantların sosial həyatdan təcrid olunmasının qarşısını alacağını bildirib.
V.Putin təkliflə razılaşaraq miqrantların rus dilini, ölkənin tarixini, mədəniyyətini və qanunlarını bilməsinin vacibliyini vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir