Müqtəda əs-Sədr siyasətdən tamamilə çəkildiyini bəyan etdi

Şiə dini və siyasi lideri Müqtəda əs-Sədr sosial media hesabından açıqlama verərək bildirib

1873510
Müqtəda əs-Sədr siyasətdən tamamilə çəkildiyini bəyan etdi

 

  İraqda Sədr Hərəkatının başçısı Müqtəda əs-Sədr siyasətdən tamamilə çəkildiyini söyləyib.

  Şiə dini və siyasi lideri M.Sədr sosial media hesabından açıqlama verərək bildirib: "Siyasi işi atdığımı və siyasətdən tamamilə uzaqlaşdığımı bəyan edirəm. Atamın məzarı, tarixi abidələr müəssisəsi və Sədr ailəsi muzeyi istisna olmaqla, bütün qurumları bağlamaq qərarına gəldim".

  İranda yaşayan və avqustun 28-də biət-mərcilik) vəzifəsinə son qoyduğunu açıqlayan İraq şiə dini səlahiyyətlilərindən olan Ayətullah Kazım əl-Həirini də tənqid edən Sədr onun geriçəkilmə qərarını öz iradəsi ilə qəbul etmədiyini deyib.

  İraqda Müqtəda əs-Sədrə bağlı siyasi büro başda olmaqla, iqtisadi və hərbi qurumlar var.



Әlaqәli Xәbәrlәr