İranda 37 nәfәr vәba epidemiyasına yoluxub

İranın rəsmi İRNA xәbәr agentliyinә müsahibә verәn Səhiyyə Nazirliyinin rәsmisi Meryem Mesudifer bildirib ki, İranda vəba xəstəliyinin yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına riayət edilməlidir.

1852063
İranda 37 nәfәr vәba epidemiyasına yoluxub

İranda 37 nəfərin vəbaya yoluxduğu bildirilir.

İranın rəsmi İRNA xәbәr agentliyinә müsahibә verәn Səhiyyə Nazirliyinin rәsmisi Meryem Mesudifer bildirib ki, İranda vəba xəstəliyinin yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına riayət edilməlidir. 

Mesudifer bildirib ki, indiyədək İranda 37 nəfərdə vəba aşkarlanıb.

Mesudifer hәmçinin deyib:"Bu xəstəlik içməli suyun lazımi səviyyədə olmaması və kanalizasiya sisteminin düzgün qurulmaması nəticəsində yaranır. Xəstəliyə yoluxmuş insanların əksəriyyətində ya heç bir əlamət olmur, ya da yüngül simptomlar olur, lakin bəzi hallarda xəstələrin ölümünə səbəb olur".

Son dövrdә İraqın şimalındakı Ərbil, Süleymaniyyə və Kərkük şəhərlərində vəba xəstəliyi qeydә alınıb. İyunun 21-də Kərkükdə bir nəfərin vәbadan öldüyü açıqlanıb.



Әlaqәli Xәbәrlәr