Prezident İbrahim Rəisi Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşüb

İran prezidenti İbrahim Rəisi: “nüvə danışıqlarında davam etdirilə biləcək razılaşma əldə olunması üçün ölkəmiz əleyhinə “əsassız” ittihamlara və sanksiya tətbiqinə son qoyulmalıdır”.

1850622
Prezident İbrahim Rəisi Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşüb

TRT xəbər verir ki, bu barədə İranın prezident administrasiyası tərəfindən açıqlama verilib.

Bəyanatda : “Prezident İbrahim Rəis Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşüb. İki lider arasında baş tutan telefon danışığında, son turu Dohada keçirilən nüvə danışıqları mövzusu müzakirə olunub. Rəisi danışıq zamanı qərbin İranın nüvə proqramına dair iddialarının əsassız olduğunu, bu iddialar ilə danışıqlar prosesinin hədəfə götürüldüyünü qeyd edib. İrana tətbiq edilən sanksiyaların qeyri-qanuni və birtərəfli olduğuna diqqət çəkib. davam etdirilə biləcək razılaşmanın söz mövzusu sanksiyaların ləğvini və əsassız iddialardan qeyd-şərtsiz imtina edilməsini tələb etdiyini sözlərinə əlavə edib”.

Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani də ölkəsinə verdiyi dəstəyə görə İran prezidentinə təşəkkür edib. Doha-nın Tehranın öz hüquqlarını qorumaq və dialoq yollarını inkişaf etdirməklə bağlı mövqeyini və xüsusilə ikitərəfli münasibətləri və əməkdaşlığı gücləndirmək iradəsini dəstəklədiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr