Britaniyadan Ukraynaya əlavə hərbi yardım

Böyük Britaniya Ukraynaya bir milyard funt sterlinq məbləğində hərbi yardım ayıracaq

1850217
Britaniyadan Ukraynaya əlavə hərbi yardım

Böyük Britaniya hökuməti Ukraynaya 1 milyard funt sterlinq məbləğində əlavə hərbi yardım ayıracaq.

Bu barədə Böyük Britaniya hökuməti qərar qəbul edib.

Bildirilib ki, bu qərar Ukraynanın Rusiyanın təcavüzündən özünü müdafiə etməsi istiqamətində hərbi hücum əməliyyatlarını artırması üçün qəbul olunub.

Məlumata görə, Böyük Britaniyanın Baş naziri Boris Consonun bu yardımla bağlı qərarı İspaniyanın paytaxtı Madriddən elan edəcəyi gözlənilir.

 



Әlaqәli Xәbәrlәr