Kremençuk şəhərində həlak olanların xatirəsinə 3 gün matəm elan edilib

Ukraynanın Kremençuk şəhərindəki Amstor ticarət mərkəzinə iyunun 27-də Rusiya hərbçiləri tərəfindən raket hücumu nəticəsində həyatını itirənlər üçün 3 günlük matəm elan edilib.

1849243
Kremençuk şəhərində həlak olanların xatirəsinə 3 gün matəm elan edilib

Ukraynanın Kremençuk şəhərindəki Amstor ticarət mərkəzinə iyunun 27-də Rusiya hərbçiləri tərəfindən raket hücumu nəticəsində həyatını itirənlər üçün 3 günlük matəm elan edilib.

Poltava Regional Hərbi Administrasiyasının rəhbəri Dmitri Lunin "Telegram" kanalına açıqlama verərək Kremençuk şəhərindəki Amstor ticarət mərkəzinə hava hücumu nəticəsində həyatını itirənlərin sayının 18-ə çıxdığını, 36 nəfərin isə itkin düşdüyünü bildirib.

Lunin axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Kremençuk qubernatoru Vitali Maleskiy şəhərdə 3 günlük matəm elan olunduğunu açıqlayıb.

Maleskii “Bu gün Ukraynada Konstitusiya Günüdür, lakin Kremençukda bayraqlar yarıya qədər endirilib. Bu, şəhərin tarixində ən böyük faciədir. Kremençuk əhalisi mülki şəxslərə hücum edənlərin məsuliyyətə cəlb olunmasını tələb edir” deyib.

Ukraynanın daxili işlər naziri Denis Monastirski mətbuat konfransında Kremençukdakı ticarət mərkəzinə hücum edən Rusiya pilotlarının adlarını müəyyən etdiklərini bildirib:

“Ukrayna Təhlükəsizlik Xidmətinin və Milli Polisin ekspertləri bu hücumu Rusiyanın hansı aviasiya alayının törətdiyini müəyyən ediblər. Tu-22 ilə havaya qalxan və ölümcül atışlar edən pilotların adları artıq açıqlanıb”.

Nikolayv Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim də gecə saatlarında Rusiya hərbçilərinin Nikolayev və Oçakov şəhərlərinə həyata keçirdiyi hava hücumu nəticəsində bir uşağın öldüyü, 4 nəfərin yaralandığı barədə məlumatı paylaşıb.

Kim qeyd edib ki, şəhərə edilən 11 raket hücumunun yarısı Ukrayna Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən dəf edilib.



Әlaqәli Xәbәrlәr