Rusiyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, ölənlər və yaralılar var

Rusiyada İl-76 hərbi-nəqliyyat təyyarəsi mühərrikində yaranan nasazlıq səbəbindən Ryazan vilayətində sərt eniş edib.

1847556
Rusiyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, ölənlər və yaralılar var

Rusiyada İl-76 hərbi-nəqliyyat təyyarəsi mühərrikində yaranan nasazlıq səbəbindən Ryazan vilayətində sərt eniş edib.
Rusiyanın mərkəzində Ryazan şəhəri yaxınlığında, Moskvadan təxminən 200 kilometr cənub-şərqdə İlyuşin İl-76 nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

İlkin məlumatlara görə, təyyarədə 10 nəfər olub.

Rusiya mətbuatının fövqəladə hallar xidmətinə istinadən verdiyi məlumata görə, 4 nəfər ölüb, 6 nəfər yerli xəstəxanalara aparılıb.

Sosial mediada yayılan çoxsaylı foto və videolar qəzaya uğrayan təyyarənin İlyuşin İl-76 olduğunu göstərsə də, hakimiyyət onun mülki və ya hərbi təyyarə olduğunu hələ təsdiqləməyib.

Təyyarə magistral yolun yaxınlığında quruya çırpıldığı üçün yerdə heç bir infrastruktura ziyan dəyməyib.

Qəzaya çoxlu yanğınsöndürən və təcili tibbi yardım maşınının müdaxilə etdiyi və yanğının qısa müddətdə nəzarət altına alındığı bildirilib.



Әlaqәli Xәbәrlәr