İranda polkovnikə sui-qəsd təşkil edilib

İranın paytaxtı Tehranda İnqilab Keşikçiləri korpusuna mənsub polkovnikə sui-qəsd təşkil edilib.

1830487
İranda polkovnikə sui-qəsd təşkil edilib

TRT xəbər verir ki bu barədə İran İnqilab Keşikçiləri Ordusu məlumat yayıb. Bildirib ki, polkovnik Səyyad Xodayi evinin yaxınlığında hücuma məruz qalıb.

Motosikletli iki hücumçunun açdığı atəş nəticəsində polkovnik başından vurularaq həyatını itirib. Məlumata görə Hodayi Suriyada İnqilab Keşikçiləri korpusu birləşməsində vəzifə icra edirdi.



Әlaqәli Xәbәrlәr