İsrail əsgərləri ilə Fələstinli qrup arasında qarşıdurma baş verib

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində həyata  keçirdikləri əməliyyatlarda  daha  14 fələstinli  nəzarətə  götürülüb.

1828953
İsrail əsgərləri ilə Fələstinli qrup arasında qarşıdurma baş verib

İsrail ordusundan verilən açıqlamaya görə, işğal altındakı İordan çayının qərb sahilində  yerləşən  Beytlehem, Nablus, Selfit və Cenin şəhərlərinin ətrafında İsrail  əsgərləri  ilə  silahlı qruplar arasında toqquşma  baş verib. Hadisələr  nəticəsində  14  Fələstinli    nəzarətə   götürülüb.  

Xatırladaq  ki, ötən  həftə  İsrail ordusunun Cenin şəhərinə   verdiyi  basqın zamanı üzərində “mətbuat” yazılmış polad jilet geyinmiş Əl-Cəzirə televiziyasının fələstinli qadın müxbiri Şirin Əbu Akilə əsgərlər tərəfindən başından vurularaq öldürülüb.



Әlaqәli Xәbәrlәr